DTX və Baş Prokurorluq DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirib

 

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

 

APA TV-nin DTX-nın saytına istinadən verdiyi məlumata görə, hazırda araşdırmalar davam etdirilir.

 

İctimaiyyətə əlavə məlumat veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv