Dumanlı hava qəzaya səbəb oldu, mikroavtobusla minik maşını toqquşdu

Ağstafa rayonunda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub.

 

Hadisə Bakı-Qazax-Gürcüstan magistralının Ağstafa rayonunun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qəza zamanı "Mersedes" markalı mikroavtobusla "Opel" markalı minik maşını toqquşub. Nəticədə mikroavtobusda olan bir neçə sərnişin yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan Təcili Yardım Briqadası tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətləri qənaətbəxşdir.

 

Mikroavtobusun sürücüsü Şakir Layıcovun və sərnişini Zülfuqar Hüseynovun sözlərinə görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv