Dumanlı hava şəraiti qəzaya səbəb oldu

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzada xəsarət alanlar 1992-ci il təvəllüdlü Nuridə Musayeva, 1967-ci il təvəllüdlü Xəqani Əmiraslanov, 1969-cu il təvəllüdlü Aidə Musayeva və 1973-cü il təvəllüdlü Zülfiyə Əmiraslanovadır. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya dumanlı hava şəraiti səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv