Dünən Laçında şəhid olan hərbçi Ağstafada dəfn edilib

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənov Ağstafa rayonunda şəhidlər xiyabanında dəfn edilib.

Şəhid Elşad Həsənovun dəfn mərasimindən yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib. Döyüş yoldaşları onun nümunəvi bir hərbçi olduğunu bildirir.

Elşad Həsənov bir neçə ay öncə ailə həyatı qurub. Ailənin tək oğul övladı olub. Elşad 3 gün əvvəl anası ilə görüşməyə gəlibmiş...

Elşad Həsənov 7 il hərbiçi kimi xidmət edib. 44 günülük vətən müharibəsində Daşkəsəndən Şuşaya kimi şərəfli döyüş yolu keçib.

 

Fuad Nazimoğlu, Mehdi Rəşid,  APA TV

Müəllif | Apa.Tv
Apa.tv