Dünya milyarderi sərvətini hara bağışlayacağını AÇIQLADI

Dünyanın ən varlı adamlarında biri “Amazon”un qurucusu Ceff Bezos sərvətini bağışlamaq qərarına gəlib.  

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, Bezos 124 milyard dollarlıq mülkünün böyük hissəsini xeyriyyəçiliyə bağışlayacağını açıqlayıb.

 

“CNN“ə müsahibə verən Ceff sərvətini xüsusilə qlobal iqlim dəyişikliyi ilə mübarizə aparan, sosial və siyasi parçalanmaları aradan qaldıran təşkilatlara həvalə edəcəyini bildirib.

 

O, edəcəyi ianələri və xeyriyyə işlərini diqqətlə araşdıracağını, həmçinin bunun üçün “metodologiya” yaradacağını da bildirib.

 

Bezos xeyriyyəçilik işlərini biznesə başlamaqla müqayisə edib:

 

“Burada problem işi düzgün etməkdir. Bu asan iş deyil. Amazon qurmaq da asan deyildi. Amma çox çalışdıq və ağıllı, çalışqan komandamızla bunu bacardıq. Xeyriyyə işlərinin də belə olacağını düşünürəm”, – deyə milyarder vurğulayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Bezosu tənqid edənlər onu xeyriyyə təşkilatlarına kifayət qədər dəstək verməməkdə ittiham etmişdilər. 

 

Müəllif | Apa.Tv
Apa.tv