Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu ötüb

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 330 milyonu, ölənlərin sayı isə 5 milyonu keçib.

Son sutkada yoluxma sayı 3 156 986, ölüm sayı isə 6 889 olub.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 66 254 888. Növbəti yerlərdə Hindistan (37 901 241), Braziliya (23 074 791), Böyük Britaniya (15 399 304) və Fransa (14 346 424) qərarlaşıb.

Ən çox ölüm hadisəsi də yenə ABŞ-da olub - 846 647. Digər yerləri Braziliya (621 166), Hindistan (487 202), Rusiya (323 376) və Meksika (301 469) bölüşüb.

Müəllif | Apa.Tv
Apa.tv