Dünyada koronavirusa yoluxanların sayı 74 milyonu ötdü

Dünyada son sutkada 700 846 nəfər koronavirusa yoluxub, 13 289 nəfər ölüb. 

APA TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 74 299 042 yoluxma hadisəsi, 1 669 982 ölüm faktı qeydə alınıb.

Yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (352 665) payına düşür. Digər yerləri isə Avropa (265 890), Cənub-Şərqi Asiya (35 166) bölüşür.

Müəllif | Apa.Tv
Apa.tv