Dünyanın ən yaxşı qırıcı təyyarə pilotu döyüşdə öldü / Rusiya-Ukrayna savaşı
Dünyanın ən yaxşı qırıcı təyyarə pilotlarından biri, ukraynalı polkovnik Aleksandr Oksançenko hava döyüşündə ölüb.
APA TV Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, düşmən aviasiyasını öz üzərinə yönləndirdiyi zaman həlak olub.
Prezident Volodimir Zelenski polkovnik Oksançenkonu ölümündən sonra “Ukrayna Qəhrəmanı” adı ilə təltif edib.
A. Oksançenkonun 2 mindən çox uçuş saatı olub. O, ən çətin manevrləri, elementləri uğurla həyata keçirib.