Dünyanın gəmilərə qalxıb-enə bilən ilk PUA-sı: “Bayraktar TB3” gəlir

Türkiyədə “Bayraktar TB3” markalı ən yeni Pilotsuz Uçan Aparat təqdim ediləcək.

Qısa uçuş zolağına malik gəmilərə qalxıb-eniş edə bilən dünyanın ilk pilotsuz uçuş aparatı aprelin sonunda Türkiyədə keçiriləcək “TEKNOFEST-2023” aviasiya və kosmos texnologiyaları festivalında sərgilənəcək.

Türkiyənin “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar sosial şəbəkə hesabında “TB 3”-ün yeni şəkillərini paylaşaraq, sərginin yaxın günlərdə keçiriləcəyini bildirib.

Qeyd edək ki, “Bayraktar TB 3” həm kəşfiyyat, həm də müşahidə və zərbə məqsədləri üçün çox uzaq məsafələrdən idarə oluna biləcək.

Mütəxəssislərin bildirdirdiklərinə görə, funksionallığı sayəsində yeni pilotsuz uçan aparat Türkiyənin hərbi potensialının gücləndirilməsinə ciddi töhfə verəcək.

 

Aynur Qara

APA TV

Müəllif | Apa.Tv
Apa.tv