Düşmən Ağdamın Böyükbəyli kəndini artilleriya atəşinə tutub

Ermənilər Ağdamın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, rayon ərazisinə ümumilikdə 60-dan çox top mərmisi atılıb. Düşmən tərəfindən atılan top mərmilərindən bəzisi Böyükbəyli kənd ərazisində Vüqar Quliyev və Fəxrəddin Soltanovun otlaq sahəsinə düşüb:

 

- Heyvanın yanında idik. Gəldi, düşdü, heyvanı da yaraladı. Allaha şükür ki, özümüz salamatıq. İki baş öldü, bir az da yaralandı.

 

- Qoyunun qabağında idik. Qəfildən atdılar səhər-səhər. Gəldi, düşdü bura. Qoyunumuzun ikisini öldürdü, ikisini də yaraladı. Ordumuz sağ olsun, əsgərlərimiz sağ olsun.

 

Ermənistan silahlı qüvvələri yaşayış yerlərini və mülki əhalini atəşə tutmaqda davam edir.

 

Qeyd edək ki, Ermənilərin Tərtər və Ağdamı atəşə tutması nəticəsində artezian quyularına da ziyan dəyib.

 

Habil Aslanoğlu

Ziya İsmayılov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv