Düşmən artilleriyasının Naftalana atdığı atəş nəticəsində nəqliyyat vasitəsinə ziyan dəydi

Sentyabrın  27-dən başlayaraq təmas xəttində yaşanan gərginlik bu gün günorta saatlarında Naftalan şəhərində də hiss olunub.

 

APA TV xəbər verir ki, erməni artilleriyasının atdığı atəş nəticəsində şəhər mərkəzindən kənar ərazilərə bir neçə top və qrad mərmisi  düşüb. Nəticədə  mülki əhaliyə və infrastruktura  ziyan dəyməsə də  bir nəfər Qaşaltı kənd sakininə məxsus  VAZ 21011 markalı nəqliyyat  vastəsinə ziyan dəyib. Avtomobil qismən zərər görüb.

 

Sürücü isə xəsarət almayıb. Azərbaycan ordusunun cavabı nəticəsində  dərhal düşmən cavab atəşi ilə susdurulub.

 

Hazırda Naftalanda həyat öz axarı ilə davam edir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Naftalan

Müəllif | Apa.Tv
Apa.tv