Düşmən Goranboyun Yenikənd kəndini atəşə tutur

Ermənistan silahlı qüvvələri Goranboy rayonun Yenikənd kəndini də atəşə tutub. Ağır artileriya qurğularından açılan atəş kənd ərazisindəki boş əkin sahələrinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Ordumuzla üz-üzə döyüşdə uduzan düşmən mülki obyektləri və mülki insanları hədəf almağa davam edir. Günorta saatlarında Goranboy rayonunun Yenikənd kəndi də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Mərmilər kənd ərazisindəki boş sahələrə düşüb. Kənd sakinləri bildirirlər ki, Yenikənd kəndi mütəmadi olaraq, düşmən tərəfindən atəşə tutulur. Ancaq bu onlarda əsla ruh düşkünlüyü yaratmır.

 

Qeyd edək ki, düşmənə layiqli cavab verilir. Hazırda ordumuz bütün cəbhəboyu əməliyyat şəraitinə nəzarət edir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Goranboy

Müəllif | Apa.Tv
Apa.tv