Düşmən snayper tüfənglərindən atır
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuzun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəyin Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtərin işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.