Düşmən Tərtər rayonunun Qarağacı kəndini atəşə tutur

Ermənistan Silahlı Qüvvələri  yaşayış məntəqələrini atəşə tutmağa davam edir. İşğalçı ordunun hərbçiləri cəbhənin Tərtər istiqamətində mülki əhalinin yaşadığı yaşayış məntəqələrinə ağır artilleriyadan  atəşə tutub.

 

APA TV xəbər verir ki, Tərtər rayonunun şəhər mərkəzi ilə eyni vaxtda ətraf yaşayış məntəqələrində də ağır artilleriyadan açılan atəş dağıntılara səbəb olub. Rayonun Qarağacı kəndinə və kəndin əkin sahələrinə minlərlə top və raket mərmisi düşüb.

 

Son mərmilərdən biri Qədirovlar ailəsinin yaşadığı həyətə düşüb. Ağır artilleriyadan atılan mərmi evi yararsız hala salıb. Ev yarasız hala düşsə də ev sahibləri arasında  xəsarət alan olmayıb.

 

Qoşunların qarşıdurma xəttində mərmi səsləri eşidilir.  Erməni hərbçiləri hələ də yaşayış məntəqələrini atəşə tutmağa çalışır.

Müəllif | Apa.Tv
Apa.tv