Düşmən Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub

Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub. 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter”də bildirib.

O qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb: “Raket tezliklə ANAMA tərəfindən ləğv ediləcək. Raket xoşbəxtlikdən partlamayıb”. 

Müəllif | Apa.Tv
Apa.tv