Düşməndən götürülən tanklar təmirdən sonra yenidən döyüşə göndərilir
İşğaldan azad edilmiş torpaqlarda düşmən yenə xeyli sayda hərbi texnika qoyaraq qaçıb.
APA TV xəbər verir ki, işlək vəziyyətdə olan bu zirehli texnikalar düşmənin qoyub qaçdığı döyüş arsenalının yalnız bir hissəsidir. Ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətdə qalan erməni silahlı birləşmələri texnikalarının böyük bir hissəsinin məhv edildiyini görərək əllərində olanları da qoyaraq qaçıblar.
Qiyməti milyonlarla dollar olan bu texnikaların sayı xeyli miqdardadır. 8 tank 1 BMP ələ keçirilən hərbi texnikanın bir hissəsidir.
Döyüşlərdə ordumuz tərəfindən götürülən düşmənin 8 tankından 4-ü saz vəziyyətdədir. Digər 4 tank isə təmir olunduqdan sonra yenidən döyüşlərə cəlb ediləcək.
Onlar Azərbaycan ordusunun hərbi texnikasının rənginə rənglənir. Zirehli texnikalarla yanaşı düşmən silah arsenalını və digər hərbi ləvazimatları da qoyaraq qaçır. Həbiçilərimiz tərəfində döyüş zamanı vurularaq az zərər görmüş digər texnikalar da hissə hissə döyüş meydanından çıxarılır. Həmin texnikaların da böyük bir hissəsini yenidən istismar etmək üçün restavrasiya etmək mümkün olur.