Düşmənin atdığı mərmi APA TV-nin operatorunun yaşadığı evin həyətinə düşüb

Ermənistan silahlı qüvvələri Ağdamın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun ağır artilleriyadan atdığı top mərmisi APA TV-nin operatoru Arzu Quliyevin yaşadığı evin həyətinə düşüb.

Nəticədə yardımçı tikiliyə zərərə dəyib.  

Eyni vaxtda Arzu Quliyevin həmkəndlisi Məhəmməd Qasımovun da evinin həyətinə top mərmisi düşüb.

Hazırda döyüş əməliyyatları davam edir. Döyüş əməliyyatlarında nəzarət Azərbaycan Silahlı Qüvvələrindədir.

Müəllif | Apa.Tv
Apa.tv