Qolu sükana qandallanan erməni əsgəri - DAHA BİR HƏRBİ TEXNİKA ƏLƏ KEÇİRİLDİ
Kadrlarda gördüyünüz hərbi avtomobil Azərbaycan ordusunun daha bir uğurlu əməliyyatının sübutudur. Belə ki, “ZİL 131” markalı texnika qənimət kimi ələ keçirilib.
Azərbaycan ordusunun Füzuli istiqamətində həyata keçirdiyi əks-hücum hərbi əməliyyatları nəticəsində düşmən Ermənistan ordusuna məxsus “ZİL 131” tipli hərbi avtomobil qənimət kimi ələ keçirilib. Burada maraqlı fakt ondan ibarətdir ki, düşmən döyüşmək istəmir. Bunun sübutu kimi qandalı göstərmək olar. Sürücü, hərbi qulluqçunu qandal vasitəsilə hərbi maşının sükanına bağlayıblar. Və gördüyünüz kimi burada avtomobilin kilidi çıxarılıb. Digər tərəfdən isə kilidin dili çıxarılıb ki, hərbi qulluqçu qaça bilməsin.
Bu isə düşmənin məcburən xidmətinin daha bir sübutudur.
Bundan başqa, ələ keçirilən hərbi qənimətdə bir sıra əşyalar da var. Kadrlarda gördüyünüz kimi bunlar boş butulka şüşələridir. Və burada düşmən ordusuna məxsus hərbi çanta var. Onun içərisində isə məlumat vərəqələri var. O ki qaldı düşmənin aqibətinə, o bizə yox Artsax Banka maraqlıdır. Çünki onlara borcu var.
Görünən odur ki, düşmən ordusunda vəziyyət ağırdır. Onlar Azərbaycan ordusu qarşısında tab gətirmir və çıxış yolunu qaçmaqda görürlər.
Elvin Paşazadə,
Əli Ələkbərov,
APA TV