Düşmənin komanda qərargah məntəqəsi dağıdılıb - XEYLİ ERMƏNİ HƏRBÇİSİ MƏHV EDİLİB
Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin komanda qərargah məntəqəsinə zərbələr endirilib.
APA TV-nin əldə etdiyi məlumata görə, dəqiq atəş zərbələri kamikadze-dronlar vasitəsilə yerinə yetirilib.
Zərbə endirilərkən qərargahda Ermənistan ordusunun yüksək rütbəli zabitləri olub. Komanda qərargah məntəqəsinin darmadağın edildiyi, düşmənin xeyli itki verdiyi barədə məlumatlar var.