Düşmənin tabor komandiri məhv edildi

Aprelin 11-də sərhəddə baş vermiş döyüşlərdə məhv edilən erməni hərbçilərdən biri – Mkrtç Armeni Arutyunyan Ermənistan ordusunda yüksək vəzifə tuturmuş.

Bu barədə erməni mediası məlumat yayıb.

O,  bu vəzifəyə yeni təyin edilibmiş. Ermənilər yazırlar ki, o, xüsusi hazırlıqlı zabit imiş, 2020-ci il müharibəsində iştirak edibmiş.

Erməni hərbçiləri onun ordu üçün “böyük itki” olduğunu deyiblər.

Müəllif | Apa.Tv
Apa.tv