DYMX-nın rəisi: "Bazarda baş verən yanğın söndürülüb"
Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb. Baş verən yanğın saat 18:00 dəqiqədə məhdudlaşdırılıb.
Yanğın zamanı iki "QAZel" markalı yük avtomobili yanıb.
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.
Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general-mayor Füzuli Əsədov də hadisə yerində olub. O, ilkin yanğınsöndürmə qüvvələrinin hadisə yerinə dörd dəqiqəyə çatdığını bildirib.
Füzuli Əsədov yanğının təxminən 300 kv. metr sahəni əhatə etdiyini bildirib.
Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.