DYP: 8514 hərəkət iştirakçısı karantin rejimini pozduğuna görə cərimələnib

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ötən bir sutka ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

 

İdarədən APA TV-yə verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə bir sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1569 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə isə aprelin birindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv