DYP: İki gündə ümumilikdə 2776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyun ayının 6-sı gecə 00:00-dan bu gün səhər 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2524 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

 

Bu barədə APA TV-yə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Qeyd edilib ki, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 218 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv