DYP-nin “Ekologiya postu" sökülür

Bakı-Sumqayt avtomobil yolunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər  çərçivəsində şosenin 10-cu kilometrliyində yerləşən “Ekologiya postu” sökülur.

 

APA TV xəbər verir ki, bu ilin mart ayından tikintisinə start verilən yeni post binasında son tamamlama işləri həyata keçirildiyi üçün köhnə post sökülür. "Kayzen" grup tərəfindən tikintisi həyata keçirilən post tam müasir tələblərə cavab verir.

 

Belə ki, xidməti otaqlar da hər iki istiqamətdə avtomobillərin hərəkətinə nəzarət etmək mümkün olacaq. Bu işdə polis əməkdaşlarına ərazidə quraşdırılan kameralar da köməklik göstərəcək. Post ərazisində avtomobillərin havaya buraxdığı zəhərli qazların miqdarını müəyyən etmək üçün xüsusi qurğular da quraşdırılır. Burada minik avtomobilləri ilə yanaşı yük maşınlarına da nəzarət ediləcək.

 

Qeyd edək ki, yeni postun iyun ayının 15-də təhvil verilməsi planlaşdırılır.

 

İsa İsmayılov

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv