DYP Şəmkirdə sürücüdən rüşvət alınmasına dair məlumatları təkzib edib
Yol polisi əməkdaşı tərəfindən Şəmkir rayonu ərazində "KamAZ" sürücüsündən rüşvət alınması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu APA TV-yə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.
Qurum rəsmisi bildirib ki, yayılan məlumatlar əsassızdır.
Namidan Piriyev də sürücünün yük daşıma qaydalarını pozduğu üçün posta dəvət olunduğunu və buna görə onun barəsində inzibati protokol tərtib edildiyini bildirilib.