15:54 13 avqust 2022 272
Ana səhifə Xəbərlər

DYP sürücülərə xəbərdarlıq edib

Avqustun 1-dən etibarən Dövlət Yol Polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına start verib. Bununla bağlı şəhərdə aksiyalar keçirilir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA TV-yə bildirilib ki, aksiyanın məqsədi atmosfer havasının çirklənməsinə nəzarət etmək və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Qeyd olunub ki, tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji nəzarətin gücləndirilməsinə bilavasitə xidmət edir. Bir daha sürücülərə xəbərdarlıq edilərək bildirilib ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın