Əcnəbi jurnalistlər Quba Soyqırımı kompleksində olub
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Kompleksini ziyarət edib
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Kompleksini ziyarət edib.
APA TV-nin şimal bürosunun məlumatına görə, 1918-ci ildə Qubada erməni-bolşevik hərbi dəstələri tərəfindən törədilən cinayətlər haqqında ətraflı məlumatlar verilib.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qonaqların Qubaya səfəri çərçivəsində rayonun tarixi və görməli yerləri ilə də tanış olublar.