13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Edqar Kazaryan: “Savaşda 4 milyardlıq hərbi texnika itirdik, zabit heyətinin 25 faizi məhv edilib”

Ermənistan Baş naziri Nikol Paşinyanın siyasəti ucbatından Ermənistan ordusunun itkisi 4 milyard dollar təşkil edib.

 

APA TV xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib. O, 44 günlük müharibə zamanı erməni ordusunun zabit heyətinin 25%-nin məhv edildiyini bildirib:

 

“Heç kim buna görə heç bir məsuliyyət daşımayıb. Buna rəğmən hökumət başçısının fəaliyyətinə insanlar haqq qazandırırlar. Ondan heç kim heç nə tələb etmir”, - deyə Kazaryan bildirib.

 

Edqar Kazaryan 4 milyard itkilərinin olduğunu açıqlasa da, bəzi mənbələrdə bu rəqəmin daha yüksək olduğu bildirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın