Əfqan Muxtarlı azadlığa buraxıldı

Həbsdə olan jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb.

 

APA TV-nin məlumatına görə, bu barədə Müsavat başqanı Arif Hacılı facebookda məlumat paylaşıb.

 

Qeyd edək ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.

 

Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv