Əfqan Nağıyev barəsində həbs-qətimkan tədbiri seçildi

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxılıb.

 

APA TV-nin məlumatına görə, keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Ə.Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv