Əfqan Nağıyev DSX rəisinin müavini vəzifəsindən azad edilib

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini, general-leytnant Əfqan Nağıyev və onunla birgə tutulan digər vəzifəli şəxslər məhkəməyə gətirilib.

APA TV-nin məlumatına görə, hazırda Binəqədi rayon Məhkəməsində istintaq orqanının həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verdiyi təqdimata baxılır. 

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin digər vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Müəllif | Apa.Tv
Apa.tv