Əfsanəvi basketbolçu Kobi Brayant helikopter qəzasında ölüb
Əfsanəvi basketbolçu Kobi Brayant ölüb.
APA Tv xəbər verir ki, Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı helikopter qəzasında həyatını itirib.
41 yaşlı veteran basketbolçu helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Helikopterin yerə çırpılması nəticəsində yanğın baş verdiyi bildirilir.
Məşhur basketbolçu Kobi Brayantın 13 yaşlı qızı Gianna Brayant da bu gün baş verən helikopter qəzasında həyatını itirənlər arasında olub.
Qəza nəticəsində helikopterdə olan digər üç şəxs - helikopterin pilotu, Giannanın komanda yoldaşı və onun valideyni qəza nəticəsində ölüb.
Qeyd edək ki, karyerasını 2016-cı ildə başa vuran K.Brayant karyerası ərzində yalnız bir klubda – “Los-Anceles Leykers”də oynayıb. 5 dəfə MBA çempionu olan basketbolçu yarışın tarixində ən çox xal toplayan 4-cü bombardirdir.