Əkin sahələrindən su nasoslarını oğurlayan şəxs tutuldu - CƏLİLABADDA
Cəlilabadda əkin sahələrindən su nasoslarını oğurlayan şəxs yaxalanıb.
APA TV-nin cənub bürosundan verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayonun müxtəlif ərazilərində ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Uzuntəpə kənd sakini Rəvan Mirzəyev saxlanılıb.
Araşdırma zamanı onun ümumilikdə 14 şəxsə məxsus sahədən 16 ədəd su nasosunu oğurladığı məlum olub.
Saxlanılan şəxs ifadəsində həmin qurğuları rayonun müxtəlif yerlərində satdığını etiraf edib: “Cəlilabad rayonunun Uzuntəpə və Maşlıq kəndləri, Söyüdlü qəsəbəsindən gecə radələrində bir neçə əkin sahələrindən su nasosları oğurlayaraq satmışam”.
Oğurlanan su nasoslarının bir qismi Rəvan Mirzəyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV