Əkin sahəsinə girən qonşusunun keçilərini oğurladı - XIZIDA

Xızıda minik maşınını və əkin sahəsinə girən 40 baş keçini oğurlayan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Emin Sadıqov tutulub.

 

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili, eləcə də Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini oğurlayıb: “Rayon gələndə gördüm ki, qonşunun heyvanı bizim əkin sahəsinə girib. Mən də yığıb keçiləri apardım həyətə. Neçə dəfə xəbərdarlıq eləmişdim, xeyri olmadı, bezdirdi məni. Sonra da iş-işdən keçdi və polis əməkdaşları gəlib tutdu məni”.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv