Əks-hücum əməliyyatı başlayıb - Podolyak

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, əks-hücum əməliyyatı çərçivəsində artıq ayrı-ayrı əməliyyatlar aparılır.

Onun sözlərinə görə, cəbhə xətti sərhəd boyunca 1,5 min kilometr uzanıb, lakin Ukrayna ordusunun ayrı-ayrı əməliyyatları davam edir.

Müəllif | Apa.Tv
Apa.tv