Əks yola çıxan “BMW” işıq dirəyini aşırdı – BİLƏCƏRİDƏ

Bakıda idarəetmədən çıxan avtomobilin çırpıldığı işıq dirəyi aşıb.

APA TV-nin məlumatına görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

İlham Ağayevin yüksək sürətlə idarə etdiyi “BMW” əks istiqamətə çıxıb və yolun ortasındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək aşıb, nəqliyyat vasitəsi isə deformasiyaya uğrayıb.

Yol infrastrukturuna da ciddi ziyan dəyib. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv