Əksər rayonlar və şəhərlər arasında gediş-gəliş bu gündən bərpa olunub

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, ölkənin digər ərazilərində rayonlar və şəhərlərarası gediş-gəliş 4 may saat 00.00-dan bərpa olunub.

APA TV-nin xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Lakin bu qərar ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə aid deyil. Yəni, rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağandır.

Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejiminin müddəti mayın 4-də bitməli idi.

Müəllif | Apa.Tv
Apa.tv