Ekskovator minaya düşüb, sürücü xəsarət almayıb

Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.

 

Ağdam Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv