Ələ keçən dələduz: “Aldatdığım adamlarının hamısının...”

 

Bakıda dələduz yaxalanıb.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, paytaxt sakini işə düzəltmək adı ilə vətəndaşları aldadıb və xeyli miqdarda pul mənimsəyib.

 

Polisin şübhəli şəxs qismində saxladığı Vüsal Məmmədov əməllərini daha çox Nəsimi rayonu ərazisində həyata keçirdiyini etiraf edib.

 

Faktlarla bağlı araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv