Elektrik dirəyinə çıxdı, cərəyan VURDU
Şəkidə 29 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
APA TV-nin məlumatına görə, hadisə rayonun Baş Zəyzid kəndi ərazisində baş verib.
Kənd sakini 29 yaşlı Azər Seyidməmmədov elektrik dirəyində qeyri qanuni iş aparan zaman onu cərəyanı vurub. O, hadisə yerində ölüb və meyiti elektrik dirəyindən asılı vəziyyətdə qalıb. Azər Seyidməmmədovun meyiti hadisə yerinə cəlb edilmiş Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən düşürülərək aidiyyəti üzrə təhvil verilib.
Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV