Elektrik naqillərində baş verən qısaqapanma Ucarda yanğına səbəb oldu

Ucarda ev yanıb. 

 

APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Küçəkənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1951-ci il təvəllüdlü Böyükxanım Məmmədovaya məxsus, ümumi sahəsi 72 kvadrat olan evdə güclü yanğın baş verib. Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 30 kvadrat metri əşyaları ilə birlikdə yanıb.

 

Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv