Elektrik stansiyasında yanğın baş verdi
Tovuzda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın Tovuz elektrik stansiyasında qeydə alınıb.
Hadisə yerinə FHN-in 4 yanğınsöndürən avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub. Əraziyə cəlb olunan FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən yağın söndürülüb.
Qeyd edək ki, yanğın baş verən stansiya Tovuz rayonuna elektrik enerjisinin verilməsini təmin edir. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.