Elektrik Stansiyasının ərazisində ölüm hadisəsi baş verib
Şirvan sakini hündürlükdən yıxılaraq ölüb.
APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində Şirvan şəhərində yerləşən ”Cənub” elektrik stansiyasının ərazisinə bitişik, fəaliyyəti dayandırılmış dövlət rayon elektrik stansiyasının ərazisində qeydə alınıb.
Adı çəkilən köhnə stansiyada söküntü işləri aparan Şirvan sakini, 1980-ci il təvəllüdlü Rzayev İsmayıl Vaqif oğlu ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
Şirvan şəhər xəstəxanasınının reanimasiya şöbəsinə yerləşdirilən 40 yaşlı fəhlə alıdığı xəsarətlərdən orada keçinib.
Onun meyiti Şirvan şəhər Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.
Faktla bağlı Şirvan Şəhər Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.