Elektron siqaret dəhşəti: Pulla alınan yeni növ ölüm - APA TV

Ölkəmizdə elektron siqaret istifadəçilərinin sayı sürətlə artır. Kimisi marağından, kimisi də siqareti tərgitmək üçün ondan istifadə etdiyini deyir. Maraqlıdır, tərkibində tütün dumanı, kimyəvi maddələr olan bu növ siqaretlərin sağlığımıza hansı təsirləri var? Həqiqətənmi elektron siqaret adi siqareti tərgitməyə kömək edir?

 

Şəhərdə apardığımız sorğuda cavab axtarmağa çalışdıq. Bəziləri deyir ki, bəhrəsini görməmişəm, öskürəyimi artırıb. Bəziləri isə deyir ki, arada dadına baxmaq yaxşıdır.

 

Satıcılar iddia edirlər ki, alıcılar elektron siqaretə daha çox adi siqareti tərgitmək üçün müraciət edirlər: “Daha çox siqareti tərgitmək üçün müraciət edirlər.  Bunlarda siqaretə  nisbətən tərkibində qətran yoxdur deyə.  Ətraflarında xoş qoxu olsun deyə buna keçirlər əsasən. ”

 

Sahibkarın sözlərinə görə, elektron siqaretlərin qiymətləri də fərqlidir: “Qiymətlər tüstü aralığına görə dəyişir. 10 manatdan başlayır 35 manata qədər gedir. Daimi istifadə üçün olanlarsa 30 manatdan başlayır 200 manata qədər gedir.”

 

Kərim İbadlının sözlərinə görə, alıcılar əsasən orta yaşlı kişilərdir: “Daha çox orta təbəqə insanlardır, belə deyim. Ən çox oğlanlar müraciət edir amma aralarında qızlar da var.”

 

Bəs elektron siqaret istifadəçiləri onun zərərlərindən xəbərdardılarmı?

 

Həkim-ftiziatr Polad Muradov deyir ki, elektron siqaretlər sağlamlığa ən azı adi siqaretlər qədər təsir göstərir: “Adi siqaret necə təsir edirsə, bu elektron siqaretlər də elə təsir göstərir. Bu növ siqaretdə tütün yarpaqları qurudulur, qablaşdırırlır, xüsusi qaydada hazırlanıb satışa çıxarılır və insanların istifadəsinə verilir. Tütün yarpaqları zəhərli maddələrdir. Tütün fabrikində işləyənlər bir çox xəstəliklərə tutulublar. Hətta sovet vaxtı həmin fabriklərdə işləyən xanımlarda  süd vəzisi xərçəngi,  yuxarı tənəffüs yollarının xərçəngi daha çox rast gəlinirdi. Hələ bunun çəkmədən belə zərəri dəyirsə, yandırandan sonra 4 minə yaxın zərərli maddə aşkara çıxır və sağlığa ciddi ziyan vurur. Tüstünün zərərləri daxili olaraq dodaqlara, dillərə, yuxarı tənəffüs yollarıdır,  aşağı tənəffüs yollarıdır, mədədir, qida borusudur, selikli qişaları qıcıqlandırır, bu selikli qişalar da qıcıqlananda orada olan normal hüceyrələr dəyişir və burada müvafiq prosseslər gedir və şiş yaranmasına gətirib çıxarır. Məsələn siqaret ölüm riskini necə artırırsa, elektron siqaretin də əlavə təsirləri ölüm riskini artırır.”

 

Həkimlər bidirirlər ki, elektron siqaretlər sadəcə ağciyərlərə zərər vermir, həm də ürək-damar sisteminə ciddi ziyan vurur: “Son zamanlar dünyada eləcə də, ölkəmizdə geniş yayılmış elektron siqaretlərin istifadəsi getdikcə artmaqdadır. Elektron siqaretlərin zərərli təsirləri tərkibində tütün məhsulu olan siqaretlərdən heç də az deyil. Aparılan araşdırmalar göstərir ki, elektron siqaretlər ağızda quruluq, yuxarı tənəffüs yollarının alergiyası, bronxial-astma, xroniki-bronxit hətta bəzi tərkibində toksiki maddələr olan elektron siqaretlər insan orqanizmində bəzi mutogen dəyişiklikləri və bəd xassəli törəmələrin əmələ gəlməsinə səbəb olurlar.”

 

İnvaziv kardioloq qeyd edir ki, hamilə qadınlar, ürək-damar sistemi xəstəliyi, bronxial astması, xroniki-bronxit və digər ağciyər xəstəliyi olan insanlar və yaşı 18-dən aşağı şəxslər qətiyyən elektron siqaretlərdən istifadə etməməlidirlər.

 

Həkimlərin sözlərinə görə, elektron siqaretlərin və ya veyplərin zərəri ilkin olaraq  dodaqlara, dilə, yuxarı tənəffüs yollarına və dişlərə dəyir: “Elektron siqaretlərin istifadəsi haqda bəzi səhv bilinən məqamlar var. Bunlardan biri də, veyplərin ənənəvi siqaretlər kimi dişlərə və ümumiyyətlə ağız boşluğuna zərər verməməsidir. Təəssüflər olsun ki, bu belə deyil. Bu mövzuda çox sadə elmi araşdırma aparılıb və nəticə çox da yaxşı deyil. Elektron siqaret istifadəsi kserostamiya deyilən xroniki ağız quruluğuna dişlər üzərində bakterial plak dediyimiz patolojik ərpin daha çox yığılmasına və bu nəticəsində də diş ətlərində gingivit və ya perodandit kimi xoşagəlməz xəstəliklərə səbəb olması sübut olunum artıq. Ayrıca tərkibindəki probilen-qlukon və qliserin xüsusilə alt-ön dişlərin diş minasında deminerilazisasiyasına yəni, mina qatınınb zəifləməsinə və dişlərdə həssaslığın artmasına səbəb olması da təsdiqlənib.  Veyp istifadəsi ağız boşluğunun selikli qişasına ciddi mənfi təsir göstərir. Normal siqaretlər qədər bəlkə də, dişlərdə tünd ləkələr yaratmaması və ənənəvi siqaretlər kimi konsoregen yəni, xərçəngə səbəb olmasalar da, sadaladığım bu problemlər də kifayət qədər ciddidir. Bunun üçün veyplərin istifadəsi tibbi nöqteyi-nəzərdən məsləhətli deyil.”

 

Bəli, siqaretin ağına da lənət, qarasına da. Unutmayaq ki, biz insan olaraq ölmək üçün deyil, yaşamaq üçün pul xərcləməliyik.

Müəllif | Apa.Tv
Apa.tv