Elektron skuterlər niyə Azərbaycanda özlərini doğrultmurlar?

Elektron skuterlər dünyada geniş istifadə olunan nəqliyyat vasitələrindən birinə çevirilib. Onun əsas cəhətlərindən biri yığcamlığı və buna görə də tıxaclarda daha maneəsiz hərəkət edə bilməsidir.

Skuterlərdən həm mənzil başına yetişmək üçün bir nəqliyyat vasitəsi kimi, həm də əyləncə məqsədilə istifadə edirlər. Bəs Bakı sakinləri bu yeni nəqliyyat vasitəsi haqqında nə düşünürlər?

İlk baxışdan cəlbedici, əyəncəli görünən elektron skuter heç də həmişə rahatlıq və əyləncə gətirmir, bəzən faciələrə də səbəb ola bilir. Son dövrlərdə bəzi Avropa ölkələrində elektron skuterlərin törətdiyi faciəvi qəzalarla bağlı məhdudiyyətlər də tətbiq olunmağa başlayıb.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı ölkəmizdə də bu cür məhdudiyyətlərin tətbiq olunmasının tərəfdarıdır.

Elektron skuterlərdən, xüsusən bulvar ərazisində əyləncə növü kimi istifadə edildiyini deyən ekspert skuterlərin hərəkəti ilə bağlı Bulvar idarəsini də günahlandırıb:

Elməddin Muradlı skuterlərin iştirakı ilə törədilən qəzaların qarşısının alınmasının çarəsini həm də polisə yeni səlahiyyətin verilməsində görür.

Görünən odur ki, elektron skuterlər şəhərimizin küçələrində özünü nəqliyyat vasitəsi kimi doğrulda bilmir, daha çox əyləncə vasitəsi kimi istifadə olunmağa davam edir. Elektron skuterlərlə bağlı qanunda boşluq olduğu müddətcə isə təhlükəsizlik qaydalarına əməl etmək hər kəsin öz vicdanına qalır.

 

Orxan Aslan

Həzrət Bayramlı

APA TV

Müəllif | Apa.Tv
Apa.tv