Əli Əhmədov: “Növbədənkənar parlament seçkiləri keçirilməyəcək”
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək.
APA TV-nin xəbərinə görə, bu bəyanatla Baş nazirin müavini Əli Əhmədov çıxış edib.
O deyib ki, Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmir.
YAP sədrinin müavini onu da əlavə edib ki, ola bilsin, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: “Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur. Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir, noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.