Əli Əhmədov: “YAP-ın siyahısında əvvəlki simalar da olacaq”
"Qanunvericiliyə uyğun olaraq, bu gündən növbədənkənar parlament seçkilərinə start verilir".
APA TV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, YAP vaxtı çatanda siyahısını elan edəcək: “Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz”.
Qeyd edək ki, YAP rəhbərliyi partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət edib.
Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.