Əli Həsənov: “Monopoliyanın bəzi xətləri də dövlət qulluqçularına gedib çıxır”

 

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Şuranın sədri Azay Quliyev SƏLİS barədə məlumat verərək deyib ki, SƏLİS vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir.

lərinə uyğun şəkildə təşkil etmək, QHT-Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaqdan ibarətdir: “Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir”.

 

Azay Quliyev onu da əlavə edib ki, artıq müsabiqə qaydalarında müəyyən dəyişiklik ediləcək.

 

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, SƏLİS-in yaradılması, təqdimatının keçirilməsi bundan sonrakı dövrdə həm qrant verənlərin, həm qrant alanların, həm də bu xidməti həyata keçirənlərin işini yüngülləşdirəcək və şəffaflaşdıracaq. O vurğulayıb ki, son 16 il ərzində Azərbaycanın iqtisadi, siyasi və sosial həyatının bütün sahələri yenilənib: "Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur. Hələ də ayrı-ayrı iş adamları dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək istəmir. Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur və monopoliyanın bəzi xətləri də dövlət qulluqçularına gedib çıxır. Keçən dəfə Prezident İlham Əliyev iqtisadi müşavirədə bu məsələlərə toxundu. İslahatlar kursu, Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması, vətəndaşların tam iştirakı ilə qurulması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq. Şəffaflaşdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir”.

 

Milli Məclisin sədr müavini Bahar Muradova isə çıxışında bildirib ki, QHT-lərin fəaliyyətindəki müəyyən narahatlıqların aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qeyd edib ki, SƏLİS əlçatanlığı və şəffaflığı təmir edəcək.

 

Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı üçün atdığı addımların BMT tərəfindən alqışlandığını deyən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, təşkilat SƏLİS və bu tipli digər layihələrə dəstək verməyə hazırdır.

Sonda SƏLİS-in yaradılmasında xidməti olan Şura əməkdaşları mükafatlandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv