Əlləri ilə ağacları danışdıran əməkdar idman ustası

Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Dövrümüzdə də bu sənətlə məşğul olanlar çoxdur.  

APA TV- nin məlumatina gorə, Zaqatala rayon sakini Əsgər Məmmədov da ağaclardan sənət əsərləri yaradan ustalardandır. Əsgər Məmmədov bu sənəti ailəsi ilə birlikdə Qazaxıstanda sürgünlük həyatı yaşayarkən öyrənib.

O ağaclardan müxtəlif nümunələr yaratmağı almanlardan öyrənib. Sənətkarın dediyinə görə, bu işlə məşğul olmaq üçün həvəs lazımdır, işə başladıqdan sonra vaxtın necə gəlib-getdiyini unudursan.

Sənətkar lazım olan xam malı meşədən və sel gələndə özü ilə gətirdiyi ağac köklərindən əldə edir. Qəhrəmanımızın  sözlərinə görə, ağac işi digər sənətlərdən çətindir.

Qeyd edək ki, Əsgər Məmmədovun atası Rəsul kişi 1937-ci ildə Stalinin əmri ilə Naxçıvanın Ordubad rayonundan Qazaxıstanın Taldı-Kurqan vilayətinə sürgün edilib. Məmmədovlar ailəsi 1961-ci ildə sürgünlük həyatı başa çatdıqdan sonra uzaq Qazaxıstan Respublikasından köç edərək Azərbaycanın Zaqatala şəhərini özlərinə yurd ediblər.

İdmanın badminton və həndbol oyunları ilə məşğul olan Əsgər Məmmədov peşə fəaliyyətindəki uğurlara görə “əməkdar idman ustası” adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv