Elman Rüstəmov: “Amrahbank”ın işçilərinin əmək haqqlarının verilməsi üçün tədbirlər görülür”
“Atabank” və “Amrahbank”da əhalinin qorunan əmanətlərinə çıxış imkanı yaradılacaq”.
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib: “Biz həm də əmanətçilərin maraqlarını qorumaqla “cərrahiyyə” əməliyyatı həyat keçirdik. Bu addım həm də ümumi sistemin qorunması baxımından atılıb. Qanunvericiliklə 3 aydır. Lakin biz daha tez həll edəcəyik”.
Elman Rüstəmov "Amrahbank"ın işçilərinin etirazına da münasibət bildirib: “Amrahbank”ın işçilərinin dünənki etirazı emosional xarakter daşıyır. İşçilərin əməkhaqqının verilməsi üçün tədbirlər görülməsinə başlanılıb. Bank kadrları araşdıracaq və onların işlə təminatına yardım edəcəyik".
Mərkəzi Bankının İdarə Heyətinin sədrinin sözlərinə görə, ölkənin tədiyyə balansı üzrə proqnoz dəyişib. “Bugünkü vəziyyətdə beynəlxalq təşkilatların neft proqnozu var. Tədiyyə balansında defisit yaranacağını gözləyirik. Son rəqəmlərə əsasən, bu, ÜDM-in 3%-i ətrafında ola bilər ki, bu da kifayət qədər strateji valyuta ehtiyatı olan ölkə üçün təhlükəli səviyyə deyil” - deyə Elman Rüstəmov bildirib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti 19 mart 2020-ci ildə uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6,75%-ə qaldırılıb. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 19 iyun tarixində açıqlanacaq.